BAKI, 7 iyul. TELEQRAF

Avqustun 7-də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Dövlət Gömrük Komitəsinə məxsus 56 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

Teleqraf xəbər verir ki. Nəqliyyat vasitələrinin buraxılış illəri 2002-2013-cü illəri əhatə edir. Hərracda ilkin satış qiymətləri isə 89 600 manatdır.

Qeyd edək ki, hərracda iştirak etmək üçün əvvəlcədən 10 faiz beh ödənilməlidir.