BAKI. 30 iyun. TELEQRAF

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) publik hüquqi şəxsin 2024-cü ildə əməliyyat mənfəəti azalıb.

Agentlikdən Teleqraf-a verilən məlumata görə, 2023-cü ildə qurumun əməliyyat mənfəəti 4 milyon 764 min manat olmuşdusa, 2024-cü ildə bu rəqəm 4 milyon 327 min manata düşüb.

Hesabat dövründə agentliyin xalis mənfəəti 3 milyon 462 min manat xalis mənfəət təşkil edib. Halbuki AQTİ 2023-cü ili 3 milyon 812 min manat xalis mənfəət ilə bağlamışdı.

Qurumun əsas əməliyyat gəlirləri 2023-cü ildə 18 milyon 909 min manat idisə, 2024-cü ildə 21 milyon 442 min manata yüksəlib. Sair əməliyyat gəlirləri isə 10 milyon 151 min manatdan 11 milyon 21 min manata qalxıb.