BAKI, 10 iyun. TELEQRAF

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 96 milyon manata yaxın vergi daxil olub.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,6 faiz və ya 17,7 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 64,1 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,6 milyon manat və ya 26,9 faiz artıb.

Ödənilən vergilərin 66,8 faizi qeyri-dövlət sektorunun, 33,2 faizi isə dövlət sektorunun payına düşüb.