BAKI, 10 iyun. TELEQRAF

Naxçıvan Muxtar Respublikasında 1 iyun tarixinə aktiv vergi ödəyicilərinin sayı 21.083 təşkil edib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artıb.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 13,6 faiz artaraq 575 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 6,1 faiz artaraq 6.060 olub