BAKI, 7 iyun TELEQRAF
Ötən il Rusiyanın İrkutsk vilayəti ilə Ermənistan arasında xarici ticarət dövriyyəsi 2,8 dəfə artıb.
Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru İqor Kobzev İrəvanda keçirilən 10-cu Rusiya-Ermənistan Regionlararası Forumunda qeyd edib.
Kobzev bildirib ki, regionlararası əlaqələrin inkişafı Rusiya ilə Ermənistan arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın güclənməsində mühüm rol oynayır:
“Ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artımı Ermənistana kimya məhsullarının ixracının həcminin yüksəlməsi hesabına əldə edilib" -deyə o qeyd edib.
Qeyd edək ki, ixrac strukturuna həmçinin maşınqayırma sənayesi məhsulları, metallar və metal məmulatları daxildir.
Ermənistan tərəfindən isə İrkutsk vilayətinə traktorlar, qoşqular, avtomobillər, ərzaq məhsulları, plastmas və rezin məmulatlar ixrac olunur.
Qeyd edək ki, hazırda İrkutskda 5 mindən çox erməni yaşayır, Ermənistanlı tələbələr isə regionun üç universitetində təhsil alır.
Xatırladaq ki, Avropanın Rusiyaya qarşı sanksiyalarından sonra İrəvan və Kreml arasında ticarət əlaqələri güclənib.