BAKI, 5 iyun. TELEQRAF
"Azərbaycan BMT üçün xüsusi yer tutur. Birinci səbəb odur ki, İcraiyyə Şurasının sessiyalarından biri məhz Azərbaycanda keçirilir".
Teleqraf xəbər verir ki, bu barədə BMT Turizminin İcraçı direktoru Natalia Bayona bu gün Bakıda keçirilən BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan indiyədək BMT Turizminin bir çox yüksək səviyyəli tədbirlərinə ev sahibliyi edib.
Əlavə olaraq, ötən il COP29 çərçivəsində turizm sahəsi üzrə Bəyannamə qəbul edildiyi vurğulanıb. N.Bayona bildirib ki, bu gün keçirilən sessiyada isə sosial-iqtisadi dayanıqlıq üzrə sənədin imzalanması nəzərdə tutulur.