BAKI, 14 may. TELEQRAF
Bu gün BP Azərbaycanın bir ölkə kimi yaranışının araşdırılmasına həsr olunmuş iki geniş əhatəli tədqiqat kitabını ictimaiyyətə təqdim edib.
Teleqraf xəbər verir ki, "Azərbaycan. Tarixi-coğrafi atlas" va "Azərbaycan. Tarixi-etnoqrafik atlas" adlanan bu kitablarda ilk dəfə olaraq qədim və orta asrlərə aid coğrafi xəritələrin tarixi və etno-mədəni təhlili elmi araşdırma mətnləri ilə müşaiyet olunur. Xəritələrin bu elmi təsvirləri Azərbaycanın qədim dövlət kimi formalaşmasını əks etdirən tarixi faktlar və sübutlara əsaslanır.
BP-nin bu tədqiqata dəstəyi onun Azərbaycanın tarixinin və zəngin mədəni irsinin təbliğine töhfə vermək öhdəliyinin bir hissəsidir.
Ümumilikdə 564 səhifədən ibarət bu kitablar daha geniş oxucu kütləsini əhatə etmək məqsədilə iki dildə - Azərbaycan və ingilis dillərində nəşr edilib.
Kitabın müəllifi tanınmış alim, görkəmli ictimai və dövlət xadimi, tarix elmləri doktoru, professor Həsən Həsənovdur.
BP-nin Xezer regionu üzrə vitse-prezidenti Bextiyar Aslanbəyli bildirib ki, bu layihəyə dəstək verməklə biz ölkənin tarixi əhəmiyyətinin və bütün regionun inkişafındakı rolunun daha geniş şəkildə anlaşılmasına töhfə vermək niyyətindədirlər:
"Bu mühüm tədqiqat işi Azərbaycan adlanan bu qədim torpağın tarixinin zənginliyinə və rəngarəngliyinə, eləcə de bu qədim sivilizasiyanın Azərbaycan türklərinin tarixi və mədəni irsinin möhtəşəmliyinə daha bir sübutdur. İnanırıq ki, bu kitablar regionun tarixi inkişafı ile maraqlanan alimlər, tədqiqatçılar və geniş oxucu kütləsi üçün dəyərli bir mənbə olacaq"
Layihənin dəyəri 178 540 AZN (105000 ABŞ dolları) təşkil edib. Layihə TEAS Press Nəşriyyat Evi tərəfindən yerinə yetirilib.