BAKI, 13 may. TELEQRAF
Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 156 milyon manatlıq avtomobil benzini və dizel yanacağı məhsulları satılıb.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu, 2024-cü ilin yanvar-aprel aylarına nisbətən 7 faiz çoxdur.
Bu ilin 4 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 6,3 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
2025-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.