BAKI, 30 aprel. TELEQRAF

Banklarda Kredit Risklərinin İdarə Edilməsi Qaydası və Korporativ İdarəetmə Standartlarına yaşıl və dayanıqlılıqla əlaqəli kredit meyarları və Ekoloji, Sosial və İdarəetmə (ESİ) risk idarə tələblərinin daxil edilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Dayanıqlı Maliyyə Hesabatı”nda qeyd olunub.

Hesabatda qeyd edilib ki, bu addım bankların verdikləri kreditlərdə ətraf mühit və sosial məsuliyyət meyarlarını nəzərə almalarını təmin edəcək: “Eyni zamanda, ESİ Risk Radar layihəsinin həyata keçirilməsi ilə bu risklərin erkən aşkarlanması və monitorinqi sistemi qurulacaq”.

Bundan əlavə olaraq, fiziki iqlim risklərinin müəyyənləşdirilməsi planlaşdırılır və keçid risklərinin təsirinin öyrənilməsi üzrə məlumat boşluqlarının aradan qaldırılması məqsədilə “Yol xəritəsi” hazırlanaraq icrasına başlanılacaq.