BAKI, 21 aprel. TELEQRAF
Almaniyanın çatdırılma şirkəti "DHL" aprelin 21-dən ABŞ-də biznes müştərilərindən fiziki şəxslərə qiyməti 800 dollardan çox olan malların daşınmasını dayandıracaq.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, şirkət ABŞ-də dəyəri 800 dollardan çox olan mallar üçün rəsmiləşdirmə tələb edən yeni gömrük qaydalarının qüvvəyə mindiyini vurğulayıb. Əvvəllər qaydalar 2500 ABŞ dollarından artıq olan yüklərə şamil edilirdi.
ABŞ-də bağlamanın rəsmi qeydiyyatı göndərəndən malın məzmunu, mənşəyi və digər məlumatlar haqqında daha ətraflı məlumat verməsini tələb edir və bəzi hallarda xüsusi lisenziya tələb olunur. Nəşr bildirir ki, bütün bu məlumatların yoxlanması vaxt aparır və bu şirkət üçün xərclərin artması deməkdir.