
BAKI, 8 aprel. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 5 milyard 621,2 milyon manat olub.
Teleqraf xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin açıqladığı rəqəmlərə görə, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 1,4 faiz artaraq 3 milyard 57,9 milyon manat, qeyri-ərzaq malları isə 8 faiz artaraq 2 milyard 563,3 milyon manat olub.
İstehlak məhsullarının 36,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.