BAKI, 23 aprel. TELEQRAF
"PAŞA Holding"in törəmə şirkəti olan "PAŞA İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalının azaldığını elan edib.
Teleqraf xəbər verir ki, şirkət, kapitalın nə qədər azaldıldığını açıqlamayıb.
Qeyd edək ki, “PAŞA İnşaat” MMC Azərbaycanda beynəlxalq standartlara uyğun kommersiya və yaşayış binalarının inşası sahəsində ixtisaslaşmış aparıcı tikinti şirkətlərindən biridir.
Son illər ərzində paytaxt Bakının simasının dəyişməsində əhəmiyyətli rol oynayan “PAŞA İnşaat”ın reallaşdırdığı layihələrin böyük bir hissəsi şəhərin görkəmli məkanlarından olan Dənizkənarı Milli Park ərazisində yerləşir. Belə ki, şirkətin icrasını həyata keçirdiyi layihələr sırasında “Port Baku Residence”, “Four Seasons Hotel Baku”, “JW Marriott Absheron Hotel”, “Ganjlik Mall”, Milli Gimnastika Arenası və digərləri yer alır.