BAKI, 23 aprel. TELEQRAF

Dövlət Turizm Agentliyi iyunun 4-6-da Bakıda keçiriləcək BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası ilə bağlı təşkilati xidmətləri həyata keçirmək məqsədilə müvafiq hazırlıq işlərinə başlayıb.

Teleqraf xəbər verir ki, qurum tədbirin texniki tərtibatının, brendinqinin hazırlanmasının, həmçinin, aviabilet, qidalanma, nəqliyyat xərclərini və digər xidmətləri həyata keçirmək üçün 287 min 274 manat vəsait xərcləməyi planlaşdırır.

Bu səbəbdən agentlik sözügedən işləri icra edəcək şirkət axtarışındadır. İşlərlə bağlı elan edilən tender üzrə təkliflərin son təqdimolunma tarixi mayın 16-dır.

Xatırladaq ki, BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının bundan əvvəlki - 70-ci iclası ötən il aprelin 8-də Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmişdi. Bu ilin yanvarında BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasının iyunun 4-6-da Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanıb.