BAKI, 23 aprel. TELEQRAF

"Azərişıq" ASC Xocavənd rayonu ərazisində yeni 35 kV-luq yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işləri üçün 4.285.094,54 AZN xərcləyəcək.

Teleqraf xəbər verir ki, qurum yarımstansiyasının tikilməsi məqsədilə müvafiq işləri görəcək podratçı axtarışındadır.

Qeyd edək ki, müvafiq işlər üzrə tender elan olunub, təkliflərin son təqdim olunma tarixi mayın 23-dür.