BAKI, 24 aprel. TELEQRAF.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Mərmərə dənizində baş verən zəlzələdə tələfatın olmadığını bildirib.

Teleqraf xəbər verir ki, prezident bu barədə Türkiyə Hökumətinin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) İstanbul qərargahında keçirilən axşam iclasından sonra sosial məbəkədə məlumat verib.

O yazıb: "Bu gün Mərmərə dənizində baş verən və İstanbulda və ətraf vilayətlərdə hiss olunan 6,2 bal gücündə zəlzələdən zərər çəkmiş bütün vətəndaşlarımıza ən xoş arzularımı çatdırmaq istəyirəm. Biz indicə AFAD-ın İstanbul Region Müdirliyində geniş toplantı keçirdik. Biz son məlumatları aldıq və zəlzələnin nəticələrini minimuma endirmək üçün görülən tədbirləri qiymətləndirdik. Zəlzələnin hiss olunduğu şəhərlərdə günorta saatlarından etibarən yoxlama işləri aparılıb, zəlzələ nəticəsində ölən olmayıb”.

İclasda daxili işlər, səhiyyə, ətraf mühit və şəhərsalma, gənclər və idman nazirləri ilə yanaşı, İstanbul valisi və bir sıra digər hökumət və bölgə rəsmiləri iştirak ediblər.