BAKI, 23 aprel. TELEQRAF
Beynəlxalq Valyuta Fondu cari və növbəti illər üzrə Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) İcraiyyə Şurasının 2025-ci il üçün IV maddə üzrə Azərbaycan ilə məsləhətləşmənin yekunlaşmasına dair dərc etdiyi hesabatında qeyd edilib.
BVF-nın proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda iqtisadi artım 3.5%, 2026-cı ildə 2.5%, 2027–2028-ci illərdə 2.4% və 2029–2030-cu illərdə 2.5% təşkil edəcək.
Məlumata görə, real ÜDM-də neft sektorunun payı 2025-ci ildə 0.2% təşkil edəcək, 2026–2030-cu illərdə isə hər il -0.5% azalacaq.
Fondun proqnozlarına görə, Azərbaycanın iqtisadi artımı daha çox qeyri-neft sektoruna əsaslanacaq. Ölkənin real ÜDM-də qeyri-neft sektorunun payı 2025-ci ildə 4.5%, 2026-cı ildə 3.7% və 2027–2030-cu illərdə hər il 3,5% artım olacaq.
BVF orta illik inflyasiya göstəricisinin (istehlak qiymətləri indeksi) 2025-ci il üzrə 5.7% təşkil edəcəyini, 2026-cı ildən isə 4.5%-ə enəcəyini və 2027-2030-cu illərdə 4% səviyyəsində sabit qalacağını proqnozlaşdırıb.
Hesabatda qeyd olunur ki, 2025-ci ildə Azərbaycanın ixracı 10.8% artacaq, 2026-ci ildə isə bu göstəricidə 10% azalma olacaq. 2027-ci ildə 9.9%, İxracda 2028-ci ildə 8.0% azalma, 2029-2030-cu illərdə isə 0.3%-lik artım proqnozlaşdırılır. Neft sektorunun ixracda payının isə cari ildə 10.8 artması, 2026-2028-ci illərdə isə müvafiq olaraq 12%, 12.5%, 10.7%, 2029 və 2030-cu illərdə isə 0.9% azalması gözlənilir.
2025-ci ildə Azərbaycana idxalda 12.0% artım proqnozlaşdırılır. Eyni zamanda 2026-cı ildə 0.9%, 2027-ci ildə 3.0%, 2028-ci ildə 5.1%, 2029-cu ildə 6.5% və 2030-cu ildə 6.6%-lik artım olacağı gözlənilir. Neft sektorunun idxalda payının isə cari ildə 1.4%, 2026-cı ildə 1.5%, 2027-ci ildə 1.7%, 2028-ci ildə 2.1% artacaq. 2029 və 2030-cu illərdə bu göstərici sabit qalacaq.