BAKI, 23 aprel.TELEQRAF

ABŞ Ticarət Departamenti Kamboca, Malayziya, Tayland və Vyetnamdan idxal edilən günəş panellərinə rekord səviyyədə – 3521 faizə qədər – əlavə gömrük rüsumu tətbiq etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu qərar, Çində subsidiyalaşdırıldığı iddia edilən ucuz məhsulların ABŞ bazarına daxil olmasına cavab olaraq nəzərdə tutulur.

Məlumata görə, adıçəkilən ölkələrdə fəaliyyət göstərən şirkətlərin ABŞ Ticarət Nazirliyi ilə əməkdaşlıq etmədiyi üçün onlara bu qədər yüksək tariflərin tətbiqinə qərar verilib. Yeni vergilər daha əvvəl tətbiq olunmuş gömrük rüsumlarına əlavə olunacaq.

Qeyd edək ki, məsələ ilə bağlı yekun qərar iyun ayında ABŞ Beynəlxalq Ticarət Komissiyası tərəfindən veriləcək.

ABŞ Günəş Enerjisi İstehsalı Ticarət Komitəsi isə Ticarət Departamentinin qərarını alqışlayıb. Komitənin yaydığı açıqlamada bildirilib ki, bu, ABŞ-nin istehsal sənayesi üçün həlledici qələbədir.Çində yerləşən günəş şirkətləri sistemi saxtalaşdırırlar”.