BAKI, 24 aprel. TELEQRAF
Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti vəzifəsindən istefa verib.
Teleqraf-ın xəbərinə görə, o, xidmət apardığı Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar bu addımı atıb.
Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabrından Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.