BAKI, 23 aprel. TELEQRAF
Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar sahədə innovasiyaların təbliği və təşviqi istiqamətində Zəngilan və Cəbrayıl rayonlarının sakinləri üçün aqrar sahədə tətbiq olunan dronların idarə edilməsinə dair onlayn təlimlərə start verilib.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə Türkiyənin “Sapmaz Havacılık və İleri Texnolojiler” şirkətinin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə kənd təsərrüfatı dronlarının spesifikası və istifadə qaydaları öyrədilir.
Qurumdan bildirilib ki, təlim iştirakçıları Zəngilan rayonunda keçiriləcək Aqrar Biznes Festivalı çərçivəsində sahələrə çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə praktiki təcrübə keçəcəklər.
Təlimlərdə iştirak etmiş şəxslərə Türkiyə Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikat və dronların idareedilməsi üzrə sürücülük vəsiqəsi veriləcək.