BAKI, 24 aprel. TELEQRAF

İstanbulun mərkəzindən 70 km aralıda, Mərmərə dənizində baş verən zəlzələ episentrdə 8 bal olub.

Teleqraf xəbər verir ki, bu barədə Kandilli Seysmoloji Rəsədxanasının ilkin hesabatında məlumat verilib.

Zəlzələnin episentrinə ən yaxın ərazi Silivri bölgəsi olub.

8 balı seysmoloqlar “güclü zəlzələ” hesab edirlər.

Qeyd edək ki, zəlzələ bu gün Mərmərə dənizində 15,2 km dərinlikdə baş verib. Zəlzələ İstanbulda 6,2 bal gücündə olub.