
BAKI, 3 aprel. TELEQRAF
2025-ci ilin yanvar-fevral ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artıb.
Aqrar Tədqiqatlar Mərkəzinin Teleqraf-a verdiyi məlumata əsasən kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 1061.9 milyon manat təşkil edib ki, bunun da 94,7 faizi heyvandarlıq sahəsinin, 5,3 faizi bitkiçilik sahəsinin payına düşüb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2,9 faiz təşkil edib.