
BAKI. 14 fevral. TELEQRAF
Qarabağ Universiteti Publik Hüquqi Şəxsi, dəftərxana və təsərrüfat mallarının satınalınması ilə bağlı açıq tender elan edib.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin ehtimal olunan ümumi dəyəri 185.457,56 AZN təşkil edib.
Tenderdə 100 ədəd ağardıcı qələm, 50 ədəd antiskop, 100 ədəd ayrıc, 50 ədəd bayraq dirəyi və alçıqları (dəmir, 1 ədədli), 100 ədəd bayraq dirəyi və alçıqları (dəmir, 2 ədədli), 50 ədəd bıçaq (rezak) kimi mallar təklif olunub.
Qeyd edək ki, zərflər 3 mart 2025-ci il tarixində açılacaq.