Müharibə başlayandan sonra Avropa İttifaqı Rusiyaya enerji üçün 35 milyard avro ödəyib.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

O, Aİ-nin rus fosil yanacağına ödədiyi vəsaitlərin prezident Vladimir Putinin Ukraynadakı müharibəsini maliyyələşdirdiyinə diqqət çəkib: “Bu, Ukraynaya verilən 1 milyard avroluq hərbi dəstəklə müqayisədə enerji asılılığının azaldılmasının vacibliyini göstərir”.