Avropa İttifaqına (Aİ) üzv ölkələr ötən il ümumilikdə 2,9 milyon ton qəhvə idxalına 7,5 milyard avro xərcləyib.

Teleqraf.com xəbər verir ki, Avropa Statistika Bürosu (Eurostat) 1 oktyabr Beynəlxalq Qəhvə Günü ilə əlaqədar 27 üzv ölkənin 2020-ci ildə qəhvə idxalı ilə bağlı məlumatlarını açıqlayıb.

Aİ-nın qəhvə idxalında Braziliya 933 min tonla birinci, Vyetnam 642 min tonla ikinci, Honduras 216 min tonla üçüncü yerdə qərarlaşıb.

Ardıcıllığa görə, ötən il Uqandadan 166 min ton, Kolumbiyadan 154 min ton, Hindistandan 108 min ton, Perudan 96 min ton, İndoneziya və Efiopiyadan 78 min ton qəhvə idxal edilib.

Bu dövrdə Almaniya 1,1 milyon ton, İtaliya 559 min ton, Belçika 309 min ton, İspaniya 274 min ton və Fransa 205 min ton qəhvə alıb.

Avropa ölkələri 2020-ci ildə ümumi dəyəri 11 milyard avro olan 1.9 milyon ton qovrulmuş qəhvə istehsal edib.