Dünyaca məşhur rusiyalı tennisçi Mariya Şarapovanın orqanizmində istifadəsi qadağan olunmuş preparat aşkar edilib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı 28 yaşlı idmançı özü məlumat verib. Onun sözlərinə görə, istifadə etdiyi mildronat pereparatı bu ilin yanvarına qədər istifadəsi qadağan olunmuşlar siyahısına daxil edilib.

Şarapova qeyd edib ki, o, bir neçə gün öncə doping testindən keçirilib v əticə müsbət olub: "Mən mildronat pereparatını 2006-cı ildə səhhətimdəki problemlər səbəbindən istifadə etməyə başlamışam. Bunun qadağan olunduğunu bilmirdim. Karyeramı başa vurmaqla bağlı qərar verdiyim anda belə bir məsələnin gündəmə gəlməsi xoagəlməz oldu. Ümidvaram ki, mənə daha bir şans verəcəklər".

Elvin