BAKI, 13 mart. TELEQRAF

İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Enrik Reyna 85 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi X hesabında paylaşım edilib.

Klubun yaydığı bəyanatda deyilir: "Barselona" sabiq prezident Enrik Reynanın vəfatından kədərləndiyini bildirir. Onun ailəsinə, dostlarına və bütün "Barselona" camiəsinə ən dərin hüznlə başsağlığı veririk".

Qeyd edək ki, ispaniyalı funksioner 2003-cü ilin fevralından may ayına qədər olan qısa müddətdə "Barselona"ya rəhbərlik edib. O, bu postda Xuan Qasparı əvəz etmiş, ondan sonra isə kluba Xuan Laporta rəhbərlik etməyə başlamışdı.