BAKI, 13 mart. TELEQRAF

"Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik. Bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır".

Teleqraf xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik", - bəyanatda qeyd olunub.