BAKI, 13 mart. TELEQRAF

NATO İrandan Türkiyəyə atılan ballistik raketin vurulduğunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu, ABŞ və İsrailin İrana hücumunun başlamasından bəri üçüncü belə hal olub.

NATO sözçüsü Allison Hart bildirib ki, NATO baş verənlər fonunda ayıq-sayıqdır və bütün müttəfiqlərini müdafiə etməkdə qətiyyətlidir.

Türkiyə Müdafiə Nazirliyi bundan əvvəl son raket hadisəsinin bütün aspektlərini aydınlaşdırmaq üçün İranla məsləhətləşmələr apardığını açıqlamışdı.