BAKI, 13 mart. TELEQRAF

Mərkəzi bankların pul siyasətlərinə daha ehtiyatlı yanaşma tətbiq edəcəyinə dair gözləntilər fonunda dollar indeksi uzun müddətdən sonra ilk dəfə yenidən kritik həddi keçib.

Teleqraf xəbər verir ki, dollar indeksi 25 noyabr 2025-ci ildən bəri ilk dəfə 100-dən yuxarı qalxaraq 100,3-ə çatıb. İlin əvvəlindən bəri indeks təxminən 2 faiz artıb.

Dollar İndeksi ABŞ dollarının avro, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Britaniya funtu və İsveç kronası qarşısındakı dəyərini ölçür.