BAKI, 13 mart. TELEQRAF
“Bu gün İrana indiyədək ən böyük kinetik zərbələrin endirildiyi gün olacaq”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Den Keyn deyib.
“Dənizdə hərəkət azadlığını təmin etmək üçün İranın Hərbi Dəniz qüvvələrini məhv edəcəyik”, - o bildirib.
General qeyd edib ki, bu istiqamətdə 6 000-dən çox hədəfə zərbə endirilib və ABŞ ordusu yaxın günlərdə də əməliyyatları davam etdirəcək.