BAKI, 28 fevral. TELEQRAF

"Təməldən təfərrüata" kitabı Azərbaycan İdman Akademiyası ilə Avstriyanın "Complex Core+" təşkilatının birgə layihəsidir.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev deyib.

"Kitab 25 simptom üzrə insan bədəninin strukturu və çətinlik səviyyələrinə uyğun şəkildə sistemləşdirilmiş 600-dən çox reabilitasiya bərpa hərəkətlərindən ibarətdir”, - deyə Hacıyev bildirib.

O, kitabda öz əksini tapmış kompleks reabilitasiya və bərpa məşq hərəkətləri əsasında hərbi qulluqçuların və qazilərin reabilitasiya prosesinin reallaşdırılması sevindirici hal olduğunu əlavə edib.