BAKI, 13 mart. TELEQRAF

Yaxın Şərq münaqişəsinin yaratdığı enerji böhranı fonunda martda Brent markalı xam neftin orta qiyməti bir barel üçün 100 dollardan yuxarı qalacaq.

Teleqraf xəbər verir ki, bu barədə CNN "Goldman Sachs"ın mütəxəssislərinin proqnozuna istinadən məlumat yayıb.

Analitiklər hesab edirlər ki, neftin qiyməti apreldə barel üçün 85 dollar səviyyəsində olacaq. Daha sonra 70 dollara düşəcək.

Lakin İrana qarşı hərbi əməliyyat uzanarsa və enerji təchizatında fasilələr iki ay davam edərsə, ilin sonuna qədər neftin qiyməti barel üçün 93 dollar səviyyəsində olacaq.