BAKI, 13 mart. TELEQRAF

Baş plana əsasən 2024-cı ilə qədər adambaşına düşən ümumi mənzil sahəsinin 20,8 kvadratmetrdən 25 kvadratmetrə qədər artırılması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı” müzakirəsi zamanı bildirib.

Qeyd edib ki, 2024-cı ilə qədər Bakida təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq. Bunun üçün təqribən 9 min hektar sahə nəzərdə tutulur.

Baş nazirin sözlərinə görə, 2023-cü ildə Bakı şəhərində 6443,2024-cü ildə 11 min, 2025-ci ildə 9711 mənzılın istismarına icazə verib.