"Fənərbaxça" klubu növbəti transferini gerçəkləşdirib.

Teleqraf.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "sarı-lacivərdli" komanda "Bursaspor"un futbolçusu Volkan Şəni heyətinə qatıb.

Türkiyə millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Bursaspor"un yetirməsi olan Volkan ötən mövsüm keçirdiyi 33 oyunda 12 qol vurub.