BAKI, 28 iyul. TELEQRAF

Azərbaycanın oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda ikinci qələbəsini qazanıb.

Teleqraf xəbər verir ki, yığmamız Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən turnirin növbəti qrup oyununda Portuqaliya seçməsi ilə qarşılaşıb.

Matçın ilk hissəsini geridə tamamlayan millimiz fasilədən sonra geridönüş edərək 52:50 hesablı qələbə qazanıb.

Görüşün ən dəyərli basketbolçusu Azərbaycan millisinin üzvü Emanuel Aqbason seçilib. O, matçda 18 xal və 12 ribaundla yadda qalıb.

Yığmamız iki qələbə və iki məğlubiyyətlə qrupda üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, millimiz qrupdakı son oyununu iyulun 29-da Bakı vaxtı ilə saat 20:00-da Çexiya seçməsinə qarşı keçirəcək.