BAKI, 25 sentyabr. TELEQRAF
“Birbaşa Bakı” minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi 1/8 final mərhələsində İngiltərənin “Bukovina Badeuti” komandası ilə qarşılaşıb.
Görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 0:0. Penaltilər seriyasında isə rəqib daha dəqiq olub. İngiltərə təmsilçisi 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Azərbaycanı turnirdə təmsil edən “Aznur” daha əvvəl qrup mərhələsində mübarizəni dayandırıb.