BAKI, 19 sentyabr. TELEQRAF

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib.

Teleqraf xəbər verir ki, UEFA öz bəyanatında hər bir vəziyyəti onun fərdi xüsusiyyətlərini diqqətlə nəzərdən keçirir, bütün fakt və hadisələri izləyir.

"Müəyyən komandaların turnir torundan kənarda qalması ilə bağlı qərarlar bir sıra amillər nəzərə alınmaqla qəbul edilir", - UEFA-dan bildirilib.