BAKI, 16 sentyabr. TELEQRAF
“Vəfa Musayeva Azərbaycan qadınının gücünü göstərdi”.
Teleqraf-ın məlumatına görə bunu Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov Everesti fəth edən azərbaycanlı alpinist Vəfa Musayeva barəsində çəkilmiş “Sıfırı bir etdim” filminin nümayişində deyib.
Fərid Qayıbov bu cür layihələrin vacibliyini vurğulayıb:
“Vəfa xanım haqqında danışmaq çətindir. Vəfa xanım qadının gücünü göstərdi. Bu film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Bu, minlərlə Azərbaycan qadınına nümunə oldu. Nazirlik olaraq bu cür idmançılarımıza hər zaman dəstəyimizi göstərməyə hazırıq. Ümid edirəm, gələcəkdə nəinki Everesti, digər zirvələri fəth edən qadınlarımızın sayı daha çox olar”.