BAKI, 18 avqust. TELEQRAF
Dünya və Avropa çempionu İspaniya millisinin yarımmüdafiəçisi Rodri İngiltərənin "Mançester Siti" klubundan İspaniya çempionu "Barselona"ya keçib.
Teleqraf xəbər verir ki, müqavilənin 2030-cu ilin iyun ayına qədər qüvvədə olması planlaşdırılır.
Daha əvvəl transfer məbləğinin 76,5 milyon avro olacağı bildirilirdi.
Rodri 2019-cu ildən bəri "Mançester Siti"də oynayır, dördqat İngiltərə çempionu, ikiqat kubok qalibi, üçqat İngiltərə Liqa Kubokunun qalibi, bir dəfə Çempionlar Liqasının qalibi, bir dəfə Klublararası Dünya çempionu və bir dəfə İngiltərə və Avropa Super Kubokunun qalibi olub.