BAKI, 4 avqust. TELEQRAF
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyənin “Ərzurumspor” klubunda davam etdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı hücumçu Türkiyədə tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə bağlanacaq.
Yayılan iddialara görə, yığma üzvü Türkiyə klubunda icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Nəriman Axundzadə fevralda ABŞ-nin “Kolumbus Kru” klubuna transfer olunub. O, MLS təmsilçisinin heyətində heç nə ilə yadda qalmayıb.