BAKI, 3 avqust. TELEQRAF
AFFA Hakimlər Komitəsinin növbəti iclası keçirilib.
Teleqraf xəbər verir ki, iclasda 2026/2027-ci illər mövsümünə hazırlıq çərçivəsində bir sıra mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
Tədbirin gündəliyinə aşağıdakı əsas məsələlər daxil edilib:
- Hakimlərin kateqoriyalar üzrə yekun siyahısının təqdimatı və təsdiqi;
- AFFA, UEFA və IFAB-ın yeni təlimat, qayda dəyişiklikləri və tövsiyələrinin diqqətə çatdırılması;
- Yeni mövsüm üzrə əsas hədəflərin, gözləntilərin və idarəçilikdə keyfiyyət standartlarının müəyyənləşdirilməsi.
Müzakirələrin yekununda 2026/2027-ci illər mövsümü üçün hakim və hakim-inspektor siyahıları rəsmi olaraq təsdiqlənib.
Elit kateqoriyalı hakimlər:
Əliyar Ağayev (FIFA)
Elçin Məsiyev (FIFA)
Kamal Umudlu (FIFA)
İnqilab Məmmədov
Rəvan Həmzəzadə
Fərid Hacıyev
Tural Qurbanov (FIFA)
Rəşad Əhmədov
Cavid Cəlilov
Nicat İsmayıllı
Rauf Cabarov
Əli Əliyev
Elvin Bayramov
Kamranbəy Rəhimov
Vüqar Həsənli (yeni)
Elit kateqoriyalı köməkçi hakimlər:
Zeynal Zeynalov (FIFA)
Akif Əmirəli (FIFA)
Elşad Abdullayev (FIFA)
Pərvin Talıbov (FIFA)
Namik Hüseynov (FIFA)
Vüsal Məmmədov (FIFA)
Kamran Bayramov
Müslüm Əliyev
Rahil Ramazanov
Rəhman İmami
Cəmil Quliyev (FIFA)
Eyyub İbrahimov
Şirmamed Mamedov
Zöhrab Abbasov
Teymur Teymurov
Asiman Əzizli (FIFA)
Kərim Zeynalov
Tərlan Talıbzadə
Gülnurə Əkbərzadə (FIFA)