BAKI, 3 avqust. TELEQRAF
Braziliyada futbolçu oyun zamanı güllələnərək öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.
"Centro Sportivo Alagoano" klubunun gənc futbolçusu yoldaşlıq oyunu zamanı güllələnib.
Hadisə Braziliyanın Maseyo şəhərində baş verib.
Ölən şəxsin 15 yaşlı Mikael Leandro da Silva olduğu müəyyən edilib.