BAKI, 1 avqust. TELEQRAF

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev növbəti dəfə UFC-də qələbə qazanıb.

Teleqraf xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən UFC Fight Night turnirində slovakiyalı Ludovit Kleinlə üz-üzə gəlib.

Yüngül çəki dərəcəsində baş tutan qarşılaşma gecənin ilkin kartında yer alıb. Tofiq Musayev rəqibini məğlub edərək UFC-də növbəti qələbəsini qazanıb.

“UFC Belgrade” adı ilə keçirilən turnirin əsas döyüşündə serbiyalı Uroş Mediç amerikalı Daniel Rodrigeslə qarşılaşacaq. Yarış Belgrade Arenada təşkil olunur.