BAKI, 31 iyul. TELEQRAF
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
Teleqraf xəbər verir ki, o, Avropa Liqasının III təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Avstriyalı Alan Kijas VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, avqustun 6-da baş tutacaq.