BAKI, 15 aprel. TELEQRAF
Azərbaycanın güləş üzrə dördqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.
Teleqraf.az xəbər verir ki, bu barədə idmançı şəxsi sosial media hesabında məlumat paylaşıb:
“Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir".
Qeyd edək ki, tanınmış güləşçi uzun illərdir həm idman sahəsində, həm də dövlət xidmətində fəaliyyət göstərir.