BAKI, 22 fevral. TELEQRAF
İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarının yarış proqramı yekunlaşıb.
Teleqraf xəbər verir ki, ümumilikdə 116 dəst medalın oynanıldığı Olimpiadada medal sıralamasının qalibi böyük fərqlə Norveç komandası olub.
Skandinaviyalılar 18 qızıl, 12 gümüş və 11 bürünc medalla digər ölkələri qabaqlayıblar.
Medal cədvəlində ilk dördlük aşağıdakı kimi formalaşıb:
| Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
| Norveç | 18 | 12 | 11 | 41 |
| ABŞ | 12 | 12 | 9 | 33 |
| Niderland | 10 | 7 | 3 | 20 |
| İtaliya | 10 | 6 | 14 | 30 |