BAKI, 7 fevral. TELEQRAF
Qış Olimpiya Oyunlarının açılış mərasimində ABŞ-dən olan idmançıların nümayəndə heyəti tamaşaçılar tərəfindən fitlə basılıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, ABŞ idmançılarının keçidi zamanı stadionun ekranlarında ölkənin vitse-prezidenti Ceyms Devid Vensin görüntüsü göstərilib və azarkeşlər narazılıqlarını ifadə ediblər.
Daha əvvəl isə tamaşaçılar İsrail idmançılarının nümayəndə heyətini də narazılıqla qarşılamışdılar.
Qeyd edək ki, Qış Olimpiya Oyunları 22 fevral tarixində başa çatacaq.