BAKI, 7 yanvar. TELEQRAF
Fevral ayında İtaliyada keçiriləcək 2026-cı il Olimpiadasında iştirakçılara Rusiya bayrağını qaldırmaq qadağan ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə "Radiosporten" Beynəlxalq Olimpiya Komitəsinin (BOK) elektron poçtuna istinadən məlumat yayıb.
Rusiyalı idmançılar neytral mövqedə yarışacaqlar.
Qeyd edək ki, 2022-ci ilin martında BOK beynəlxalq federasiyalara Rusiya və Belarus idmançılarının yarışlardan kənarlaşdırılmasını tövsiyə edib. 2023-cü ilin dekabrında təşkilat Rusiya nümayəndələrinin 2024-cü il Paris Olimpiadasında neytral oyunçu kimi iştirak etməsinə icazə verib. Nəticədə 15 rusiyalı idmançı Paris Olimpiadasına qatılıb. Onlara bayraq və himn də daxil olmaqla Rusiyanın dövlət simvollarından istifadə etmək qadağan edilib.