​BAKI, 18 may. TELEQRAF

İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva qızıl medal qazanıb.

Teleqraf xəbər verir ki, bununla bağlı 11 yaşlı idmançının anası Leyla Əliyeva paylaşım edib.

Ə.Əliyeva "layt-sanda" növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, səhnəyə Azərbaycan bayrağı ilə daxil olaraq, qələbəni qeyd edib.

Qeyd edək ki, Əminə Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin nəvəsidir. O, Leyla Əliyeva və Emin Ağalarovun övladıdır. Yarışa yollanan Azərbaycan nümayəndə heyətinin tərkibində ölkə başçısı İlham Əliyevin qızı Arzu Əliyeva da olub.