BAKI, 3 aprel. TELEQRAF

Azərbaycan Kubokunun yarımfinal mərhələsində baş tutan “Qarabağ” - “Sabah” oyununda mövsümün rekordu qeydə alınıb.

Teleqraf-ın məlumatına görə, “Tofiq Bəhrampv”da baş tutan matçı 21. 000 tamaşaçı izləyib.

Bu, 2025/2026 mövsümündə Azərbaycan çempionatı üçün rekord göstərici hesab olunur.

Qeyd edək ki, “Qarabağ” - “Sabah” oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb.